Venger açıqladı: "Məsut Özil üçün mövsüm bitib"

Venger açıqladı: "Məsut Özil üçün mövsüm bitib"

İngiltərənin “Arsenal” komandasının futbolçusu Məsut Özil mövsümü erkən başa vurub. “Report”un məlumatına görə, bu barədə London təmsilçisinin baş məşqçisi Arsen Venger “Sky Sports”a bildirib. O deyib ki, 30 yaşlı yarımmüdafiəçinin bel ağrıları yenidən baş qaldırıb: “Onun hansı müddətə sıradan çıxdığını bilmirəm. Fikrimcə, mövsümün sonuna qədər oynamayacaq”.

Qeyd edək ki, Özil cari mövsümdə 26 matçda meydana çıxıb. O, 4 qol vurub və 8 məhsuldar ötürmə verib. Premyer Liqanın başa çatmasına bir tur qalsa da, “Arsenal”ın ehtiyatda daha bir oyunu var.

Bütün xəbərlər Facebook səhifəmizdə