AMEA YT Park ilə Azərbaycan Texnologiya Universiteti arasında saziş imzalanıb

AMEA YT Park ilə Azərbaycan Texnologiya Universiteti arasında saziş imzalanıb

Gəncədə Azərbaycan Texnologiya Universiteti (UTECA), “Lean Consulting” şirkəti və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə ikinci Milli Sənaye Mühəndisliyi Forumu keçirilib.

AMEA-dan bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan forumun işində ölkəmizin bir sıra aparıcı sənaye müəssisəsinin rəhbərləri, elm və ali təhsil ocaqlarının nümayəndələri, eləcə də xarici mütəxəssislər iştirak ediblər. Tədbirdə milli sənayemiz üçün kadr hazırlığı prosesinin təkmilləşdirilməsi yolları araşdırılıb.

Forum çərçivəsində UTECA ilə Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (YTP) arasında əməkdaşlıq haqqında niyyət sazişi imzalanıb. YTP-nin direktoru Vüqar Babayev və universitetin rektoru Akif Süleymanov tərəfindən imzalanan sazişin ilkin məqsədi tərəflərin birgə iştirakı ilə UTECA-da texnologiya transfer ofisinin yaradılmasıdır.

Sazişin müddəalarına iki qurum tərəfindən birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və həyata keçirilməsinə maliyyə dəstəyinin göstərilməsi də daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə