Almaniya mətbuatı Azərbaycanda keçirilən Formula 1 yarışlarından yazır

Almaniya mətbuatı Azərbaycanda keçirilən Formula 1 yarışlarından yazır

Almaniya mətbuatı Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinə geniş yer ayırıb. AZƏRTAC xəbər verir ki, Qran-Pri Almaniyanın RTL televiziya kanalında və onun internet saytında birbaşa yayımlanıb.

“DIE WELT”, “ZEIT”, “Frankfurter Allgemeine”, “BILD”, “Spiegel” kimi nüfuzlu qəzet və jurnallar, o cümlədən “Neue Westfalische”, “Münstersche Zeitung”, “Aachener Nachrichten”, “Augsburger Allgemeine” və digər regional qəzetlər, “Eurosport”, “Motorsport-Magazin”, “Motorsport-Total”, “Motorsport-Total” idman jurnalları, www.ran.de, www.tz.de, www.auto-motor-und-sport.de, www.sport1.de və s. onlayn kütləvi informasiya vasitələri Bakıda keçirilən Formula 1 avtomobil yarışlarını davamlı şəkildə işıqlandırıb. Reportaj və məqalələrdə Azərbaycan və Bakı haqqında müsbət fikirlər səsləndirilib, zəngin tarixi irsə malik olan paytaxtın müasirliyi ilə göz oxşadığı diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə