F2 yarışlarının sıralanma turuna start verilib

F2 yarışlarının sıralanma turuna start verilib

Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib. SİA-nın məlumatına görə, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır.

2018 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində yürüşdə “Carlin” komandasının braziliyalı pilotu Serjiu Sette Kamara bütün rəqiblərini qabaqlayıb. O, 1 dəqiqə 54.136 saniyə göstərici ilə birinci yeri tutub.

İkinci ən yaxşı nəticə "Campos Vexatec Racing"in italiyalı pilotu Luka Gyotto (1:57.208), üçüncü nəticə "MP Motorsport"un pilotu Ralf Boşunqa (1:57.629) məxsusdur.

Qeyd edək ki, aprelin 28-də 29 dövrədən ibarət birinci, ertəsi gün isə 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə