İngiltərə millisi dünya çempionatını boykot etməyəcək

İngiltərə millisi dünya çempionatını boykot etməyəcək

İngiltərə millisi yayda Rusiyada keçiriləcək dünya çempionatını boykot etməyəcək. "İnterfaks"ın yaydığı xəbərə görə, bu haqda Böyük Britaniyanın xarici işlər naziri Boris Conson məlumat verib: "İngiltərə komandasının DÇ-2018-i boykot etmək planı yoxdur. Futbol federasiyası hökumət deyil. İngilis azarkeşləri cəzalandırmaq niyyətimiz yoxdur".

Conson həmçinin, parlamentin üzvləri, Böyük Britaniyanın nazirləri və yüksək rütbəli nümayəndələri, Britaniya kral ailəsinin üzvlərinin dünya çempionatı üçün Rusiyaya getməyəcəklərini xatırladıb. Bundan əlavə, Britaniyanın Rusiyaya səfər edəcək şəxslər üçün əvvəlki tövsiyələrini yeniləyəcəyini qeyd edib: "Azarkeşlər Rusiya və Böyük Britaniya arasında yaşanan gərginlikdən xəbərdar olmalı və buna həssas yanaşmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə