Azərbaycan samboçularından Dünya Kubokunda 2 qızıl medal

Azərbaycan samboçularından Dünya Kubokunda 2 qızıl medal

Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kuboku keçirilib. SİA-nın məlumatına görə, yarışda iştirak edən Azərbaycan milli komandası 2 qızıl medal qazanıb.

Fəxri kürsünün ən yüksək pilləsinə Mehman Xəlilovla (57 kq) Emil Həsənov (68 kq) yüksəlib. Ümumi komanda hesabında isə Azərbaycan yığması 2-ci yeri tutub. Bu, yeni baş məşqçi Bəxtiyar Hacıyevin ilk sınağı olub.

Dünya Kubokunda 26 ölkənin 200-dən çox samboçusu mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə