"Karabükspor"da baş məşqçi dəyişikliyi olub

"Karabükspor"da baş məşqçi dəyişikliyi olub

Türkiyənin "Karabükspor" futbol klubunda baş məşqçi dəyişikliyi olub. “Milliyət”in yazdığına görə, Superliqa təmsilçisini Ünal Karaman çalışdıracaq. Əvvəlki baş məşqçi Levent Açıqgöz isə klubun baş meneceri olacaq. Karamanın sabah müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, karyerası ərzində “Konyaspor”, “Ankaragücü”, “Adana Demirspor” kimi klubları çalışdırmış Karam son olaraq “Şanlıurfaspor”da işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə