Qaret Beyl “Real”dan ayrılacaq

Qaret Beyl “Real”dan ayrılacaq

“Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Qaret Beyl mövsümün sonunda başqa komandaya keçmək niyyətindədir. SİA “El Confidencial” saytına istinadla xəbər verir ki, uelsli futbolçu bununla bağlı qəti qərara Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab matçının 76-cı dəqiqəsində əvəzedici kimi meydançaya çıxmasından sonra gəlib. İlk oyunda isə Beyl 68-ci dəqiqədə oyuna daxil olmuşdu.

Futbolçunun agenti Conatan Barnett yayda yeni klublarla danışıqlar aparacaq. “Real” Beyli beş il əvvəl “Tottenhem”dən aldığı məbləğ - 100 milyon avro qarşılığında başqa kluba verməyə hazırdır.

Xatırladaq ki, “Real”ın uelsli futbolçu ilə müqaviləsinin müddəti 2022-ci ilədək nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə