Azad Rəhimov: "Hazırlıq işlərində heç bir geçikmə və problem yoxdur" - AÇIQLAMA

Azad Rəhimov: "Hazırlıq işlərində heç bir geçikmə və problem yoxdur" - AÇIQLAMA

Gənclər və idman naziri Azad Rəhimov Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıq işləri haqqında jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, nazir işlərin 70 faizinin tamamlandığını bildirib: “Artıq tirbunlar qurulub. Hazırlıq işlərində heç bir geçikmə və problem yoxdur. Ötən illə müqayisədə əyləncə proqramında yenilik olacaq. Əvvəl dünyanın tanınmış müğənniləri Bakı Bulvarında çıxış edirdilər. Amma bu il yarış daha tez - apreldə keçiriləcək. Hava şəraitini nəzərə alaraq əyləncə proqramı “Baku Crystal Hall”da təşkil ediləcək".

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə