Məşhur yamaykalı atlet Useyn Bolt “İnstaqram” səhifəsində bir klubla müqavilə bağladığı barədə məlumat yaydı. SİA-nın məlumatına görə, bundan sonra dünya mətbuatında onun "Mançester Yunayted" və ya Dortmund “Borussiya”sı ilə anlaşdığı bildirildi. Daha sonra isə Boltun CAR çempionatının lideri “Mamelodi Sandaunz”la müqavilə bağladığı barədə məlumat yayıldı.
Ancaq sonradan məlum oldu ki, Bolt yalan danışıb. O, heç bir klubla müqavilə bağlamayıb. İdmançı sadəcə ulduzların xeyriyyə qarşılaşmasında iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB