"Barselona" futbolçusu Samuel Umtitiyə yeni müqavilə təklif edib. İspaniya mətbuatının yazdığına görə, Kataloniya klubu fransalı müdafiəçi ilə müqavilənin müddətini 2024-cü ilin iyununa kimi uzatmaq istəyir.
Xəbərdə S.Umtitinin ilinə 5-6 milyon avro qazanmaq istədiyi iddia olunub. Yeni müqavilə ilə bağlı tərəflər arasında hələlik razılıq əldə edilməyib. Qeyd edək ki, S.Umtitinin hazırkı təzminat qiyməti 60 milyon avrodur.
Bütün xəbərlər Facebook səhifəmizdə