I Divizion təmsilçisi “Binə” qış toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi üçüncü sınaq matçında “Qarabağ”ın əvəzedicilərdən ibarət komandası ilə qarşılaşıb. Binəlilər bu görüşdə 1:0 hesabı ilə qalib gəliblər.
Xatırladaq ki, “Binə” əvvəlki yoxlama oyunlarında “Sabah”a və “Neftçi”nin əvəzedicilərdən ibarət komandasına eyni hesabla (1:2) məğlub olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB