"Çelsi" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Çelsi" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Çelsi"də yeni müqavilə qeydə alınıb. SİA-nın məlumatına görə, London klubu müdafiəçisi Andreas Kristensenlə müqavilənin müddətini uzadıb. Danimarka millisinin üzvü ilə 4.5 illik yeni anlaşma imzalanıb.

Qeyd edək ki, Kristensen 2013-cü ildən "Çelsi"də çıxış edir. 21 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 16 matçda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə