Errera: "Biz optimist düşünürük"

Errera: "Biz optimist düşünürük"

"Mançester Yunayted"in yarımmüdafiəçisi Ander Errera komandanın Premyer Liqada çempionluq mübarizəsini davam etdirəcəyini deyib. SİA-nın məlumatına görə, ispaniyalı futbolçu "qırmızı şeytanlar"ın yaxşı formada olduqlarını dilə gətirib: "Yaxın vaxtlarda ən optimal formada olacağıq. İkinci pillədəyik və zirvəyə yüksəlmək istəyirik. "Arsenal"la oyunda yaxşı nəticə qazandıq. İlk 15 dəqiqədə öldürücü oynadıq. De Xea inanılmaz idi. Linqard və Poqba formadadır. Poqbanın qırmızı vərəqə almasından təəssüfləndim. Lukaku qol vurmasa da, komandaya çox köməyi dəydi. Lindelöf əla forma yığıb. Biz optimist düşünürük".

Bütün xəbərlər Facebook səhifəmizdə