“Neftçi"nin güləşçiləri Bakı çempionatında 6 medal qazanıblar

“Neftçi"nin güləşçiləri Bakı çempionatında 6 medal qazanıblar

Hövsan Olimpiya İdman Kompleksində yunan-Roma güləşçilərinin paytaxt çempionatına yekun vurulub. SİA-nın məlumatına görə, yarışda “Neftçi" İdman Klubunun pəhləvanları da qüvvələrini sınayıblar.

Klubun yetirmələri 3-ü qızıl, 1-i gümüş və 2-si bürünc olmaqla çempionatın 6 medalına sahib olublar. Yarışda Ülvi Qənizadə (75 kq), Sakit Cəlilov (80 kq) və Elməddin Ramazanov (85 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Bakı çempionatının qalibi adını qazanıblar. Yalnız final qarşılaşmasında məğlub olan Arif Niftullayev (98 kq) gümüş medala layiq görülüb. Elşad Məmmədov (59 kq) və Fikrət Vəliyev (75 kq) isə yarışı üçüncü yerdə başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə