Şahmat üzrə Azərbaycan millisinin heyətində Yunanıstanın Krit adasında keçirilən qitə birinciliyində qalib gələrək Avropa çempionu olan Arkadi Naydiç tarixə düşüb. SİA-nın məlumatına görə, 32 yaşlı qrossmeyster iki milli komandanın heyətində Avropa çempionu adını qazanan yeganə şahmatçıdır. Latviya əsilli şahmatçı ikinci çempionluğunu 2011-ci ildə Almaniya millisinin heyətində qazanıb.
Beləliklə, iki ölkənin milli komandalarının heyətində Avropa çempionu olan A.Naydiç adını tarixə yazdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB