Ronaldoya məxsus unikal “Qızıl top” replikası hərracda satılıb

Ronaldoya məxsus unikal “Qızıl top” replikası hərracda satılıb

“Real” komandasının və futbol üzrə Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldoya məxsus unikal “Qızıl top” replikası xeyriyyəçilik aksiyası çərçivəsində hərracda satılıb. SİA-nın məlumatına görə, hərracda bu replikanı alan şəxs İsrailin ən varlı adamlarından biri olan İdan Oferdir. O, Ronaldoya məxsus “Qızıl top” üçün 600 min avro ödəyib.

Hərracdan əldə edilən bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək edən “Make-A-Wish” xeyriyyə fonduna köçürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə