Lorenso Pelleqrini: "Asan oyun olmadı"

Lorenso Pelleqrini: "Asan oyun olmadı"

"Roma" Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda təmsilçimiz "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib. SİA-nın məlumatına görə, oyundan sonra "canavarlar"ın yarımmüdafiəçisi Lorenso Pelleqrini jurnalistlərə müsahibə verib.

- Asan oyun olmadı. Manolasla hesabı açdıq. Cekonun sayəsində 2-ci qolu vurduq. Ümumiyyətlə, bu səfər çox ağır idi. Bura gəlmək də asan deyildi. Əsas olan nəticədir ki, bunu da qazanmışıq.

- "Roma"nın Çempionlar Liqasının 1/8 finalına yüksəlmək şansları barədə nə düşünürsünüz?

- Hər kəsə aydındır ki, qrupumuz çətindir. Hazırda 4 xalımız var. Xal ehtiyatımızı artırmalıyıq. Hələ çox çalışmalıyıq. İndidən nəsə demək çətindir. Rəqiblərimizin oyunundan da çox şey aslıdır.

- Eysebio Di Françesko sizin oyununuzda razı qaldığını söylədi...

- Bəli, amma qələbə daha önəmli faktordur. Çünki rahat şəkildə qazanmadıq. Çox sevinirəm ki, hamımız biz yumruq olub mübarizə apardıq. 3 xal bizə lazım idi.

Bütün xəbərlər Facebook səhifəmizdə