Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə stadiona daxil olublar

Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə stadiona daxil olublar

Səudiyyə Ərəbistanında ilk dəfə stadiona qadın ayağı dəyib. SİA-nın məlumatına görə, qadınlar dövlətin qurulmasının ildönümü münasibətilə təşkil olunan tədbir çərçivəsində Ər-Riyadda yerləşən Kral Fəhd adına stadiona buraxılıb.

"Ümid edirik ki, gələcəkdə stadionlara manəsiz gələ biləcəyik. Uzun illər qadınlara kişilərlə bərabər hüquqların verilməsini gözləyirəm" - tədbir iştirakçısı Umm Abdurrahman deyib.

Səudiyyə Ərəbistanında şəriət qaydalarına ciddi əməl olunur. Bu ölkədə qadınlarla kişilərin eyni məkanda birlikdə olması qadağandır.

Bütün xəbərlər Facebook səhifəmizdə