Avro-2017: Belarus və Hollandiya 1/4 finalda!

Avro-2017: Belarus və Hollandiya 1/4 finalda!

Qadın voleybolçular arasında Avropa çempionatında dünən axşam pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Bakıda davam etdirilən yarışın növbəti günündə 2 görüş baş tutub.

Milli Gimnastika Arenasında təşkil olunacaq ilk matçda Belarusla Çexiya üz-üzə gəlib. Qarşılaşma gözlənildiyi kimi tay-brekə kimi uzanıb. Gərgin keçən mübarizənin qalibi Belarus olub. 0:2 hesabı ilə uduzan belaruslular sonradan toparlanaraq 3:2 hesaı ilə qalib gəliblər və 1/4 finalda Serbiyaya rəqib olublar. Günə Hollandiya – Xorvatiya dueli ilə yekun vurulub. Oyunun favoriti hesab olunan “narıncılar”ın asan qələbə ilə 1/4 finala yüksəlib və İtaliya ilə üz-üzə gələcək.

Avro-2017

Pley-off mərhələsi

26 sentyabr

Belarus – Çexiya - 3:2 (18:25, 23:25, 27:25, 25:22, 17:15)

Hollandiya - Xorvatiya - 3:0 (25:18, 25:8, 25:21)

Bütün xəbərlər Facebook səhifəmizdə