"Milan" Suso ilə yeni müqavilə imzalayıb

"Milan" Suso ilə yeni müqavilə imzalayıb

"Milan"da yeni müqavilə qeydə alınıb. SİA-nın məlumatına görə, "qırmızı-qaralar" Suso ilə yeni sözləşmə imzalayıb. İspaniyalı futbolçu ilə müqavilənin müddəti 2022-ci ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, Suso bu mövsüm 10 matçda 3 qol vurub, 2 qol ötürməsi verib. 23 yaşlı oyunçu 2015-ci ilin yanvarında "Liverpul"dan "Milan"a transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə