Branislav Çervenka: "İnter" mənim üçün xüsusi komandadır"- MÜSAHİBƏ
Çexiyalı yarımmüdafiəçi Branislav Çervenka ad günü ilə əlaqədar "İnter"in rəsmi saytına müsahibə verib. SİA həmin müsahibəni nəzərinizə çatdırır:
- Ad gününü təbrik edirik! 35 yaşın tamam oldu - futbolçu üçün sanballı yaşdır. Daha nə qədər oynamağı planlaşdırırsan?
- Bilmirəm. Nə qədər gücüm və arzum var, o cümlədən səhhətim imkan verir oynayacağam. Başlıcası odur ki, sevimli klubum olan "İnter"ə xeyir verim. "İnter" mənim üçün xüsusi komandadır.
- Artıq 4 ilə yaxındır ad gününü Azərbaycanda keçirirsən. Azərbaycanda keçirdiyin hansı ad günün yadında qalıb?
- Yox, ona görə ki, bütün bayramlarım yaxşı keçir. Hər il ad günümü dostlarımın kampaniyasında şən qeyd edirəm.
- Amma komanda dostların dünən səni qələbə ilə təbrik edə bilmədilər...
- Bəli, elə mən də özümü təbrik edə bilmədim. Amma eybi yoxdur, belə də olur. Əsas odur ki, ruhdan düşməyəsən və oynamağı davam etdirəsən.
- Bugünkü bayramını necə keçirəcəksən?
- Axşam mütləq dostlarımla qeyd edəcəyəm. Əlbəttə ki, ailəm, valideynlərim və övladımla birlikdə.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB