Güləşçilərimiz dünya çempionatını 1 qızıl və 2 gümüş medalla başa vurublar

Güləşçilərimiz dünya çempionatını 1 qızıl və 2 gümüş medalla başa vurublar

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Mundialda 42 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Qurban Qurbanov İtaliya və Namibiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda Rusiya idmançısına da qalib gəlib və çempionatın finalına vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olub. Sentyabrın 6-da keçirilən final görüşündə rəqibini məğlub edən Qurban Qurbanov dünya çempionatının qızıl medalına sahib olub.

Digər yunan-Roma güləşçimiz Nihad Məmmədli (46 kq) də Qırğızıstan, Türkiyə və Rusiyadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Final görüşündə Ukrayna təmsilçisinə məğlub olan güləşçimiz mundialın gümüş medalı kifayətlənib.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz dünya çempionatını 1 qızıl və 2 gümüş medalla başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə