Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi prosesi davam edir. SİA-nın məlumatına görə, ot örtüyünün oktyabrda hazır vəziyyətə gətirilməsi üçün işlər sürətləndirilib. Qazonun inkişaf planına uyğun olaraq qum, gübrə və dərmanlar verilir, həşəratlara və xəstəliklərə qarşı profilaktik tədbirlər görülür. Ot örtüyünə texniki işçilər tərəfindən gündəlik qulluq edilir, vəziyyət mütəxəssislərin diqqətində saxlanılır. Meydança vaxtında suvarılır, otun inkişafı üçün əsaslı işlər görülür, biçin aparılır.
Xatırladaq ki, Gəncə şəhər stadionun əsas meydançasının dəyişdirilməsi AFFA-nın vəsaiti hesabına aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB