Neymar Koutinyoya "Barselona"ya keçməyi məsləhət görmür

Neymar Koutinyoya "Barselona"ya keçməyi məsləhət görmür

Filippe Koutinyo "Barselona" klubuna keçmək istəsə də, "Liverpul" onu buraxmaq niyyətində deyil. Bu arada Neymar da yaxın dostuna gələcəyi ilə bağlı məsləhət verib.

SİA-nın məlumatına görə, karyerasını PSJ-də davam etdirən Neymar Koutinyonun "Liverpul"da qalmasını məqsədəuyğun hesab edir. Avqustda 222 milyon avro qarşılığında "Barselona"dan Paris klubuna keçən ulduz futbolçu Filippenin bundan peşman olmayacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə