“İnter”dən yeni transfer

İtaliyanın “İnter” klubu heyətinə yeni futbolçu cəlb edib. SİA-nın məlumatına görə, Milan təmsilçisi “Nitsa”nın müdafiəçisi Dalberti transfer edib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanılıb.

“İnter” braziliyalı sol cinah müdafiəçisinin transferi üçün “Nitsa”ya 20 milyon avro ödəyib.

Qeyd edək ki, Dalbert son mövsüm “Nitsa”nın heyətində 38 oyuna çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə