Koutinyo "Barselona"ya transfer oluna bilər

Koutinyo "Barselona"ya transfer oluna bilər

"Liverpul"un yarımmüdafiəçisi Filippe Koutinyo yaxın vaxtlarda "Barselona"ya transfer oluna bilər. SİA-nın məlumatına görə, 25 yaşlı futbolçu katalon klubunda oynamağa razıdır.

Braziliyalı futbolçu "Liverpul" rəhbərliyi qarşısında şərt qoymaq fikrində deyil. O, klubların apardığı danışıqların nəticəsini gözləyəcək.

"Barselona" indiyə qədər 2 dəfə Koutinyo ilə bağlı "qırmızılar"a rəsmi təklif göndərib. Amma baş məşqçi Yurqen Klopp və klub rəhbərləri bunun vaxt itkisi olduğunu bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə