"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "Real"ın futbolçusu Qaret Beyli transfer etmək istədiklərini açıqlayıb. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə portuqaliyalı mütəxəssis UEFA Superkubokunun finalında Madrid klubu ilə oyun öncəsi keçirilən mətbuat konfransında bildirib: "Beyl sabah (Bu gün) bizə qarşı oynasa, deməli, "Real" onu komandada saxlamaq istəyir. Əgər bu, baş verməsə, mən Beyli "Mançester Yunayted"də gözləyirəm. Onun üçün başqa klublarla mübarizə aparmağa hazırıq".
Qeyd edək ki, Beylin adı "MY" ilə oyun iştirak ərizəsində yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB