Azərbaycan I divizionunda 12 komanda iştirak edəcək

Azərbaycan I divizionunda 12 komanda iştirak edəcək

Futbol üzrə Azərbaycan I divizionunda növbəti mövsümdə 12 komanda iştirak edəcək. SİA-nın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında deyib.

O, bank zəmanəti təqdim etməyən klubları yarışa buraxmayacaqlarını bildirib.

Xatırladaq ki, ötən mövsüm I divizionda 14 komanda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə