"Qarabağ"ın yeni transferi Yakub Jezniçak dünən Ağdamın Ermənistan hərbçiləri tərəfindən işğal olunmasının 24-cü ildönümünə biganə qalmayıb. SİA-nın məlumatına görə, polşalı müdafiəçi özünün "Facebook" hesabından rəhbərlik və bir neçə futbolçu ilə birlikdə ziyarət etdiyi Şəhidlər Xiyabanının şəklini paylaşıb. 31 yaşlı oyunçu şəklin üzərinə isə bu sözləri yazıb: “24 il keçdi... Bu gün “Qarabağ” klubunun doğma məmləkəti olan Ağdamın ermənilər tərəfindən işğal olunduğu gündür”.
Qeyd edək ki, Yakub Jezniçak “Qarabağ”a bu yay “Legiya”dan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB