Azərbaycanın kişi və qadınlardan ibarət həndbol komandaları ölkə çempionatının 2017-2018-ci il mövsümü üçün hazırlığa başlayıblar. SİA-nın məlumatına görə, komandalar artıq iki gündür “ABU Arena”da məşqlərə start veriblər. İyirmi beşinci ölkə çempionatında 6 qadın, 4 kişilərdən ibarət komandanın iştirakı gözlənilsə də, sayın artımı istisna edilmir.
Federasiyadan oktyabrda keçirilməsi nəzərdə tutulan çempionatın səviyyəsinin yüksəldilməsi üçün çalışdıqlarını diqqətə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB