"Yagelloniya" - "Qəbələ" oyunu canlı yayımlanacaq

"Yagelloniya" - "Qəbələ" oyunu canlı yayımlanacaq

Avropa Liqasında mübarizə aparan klublarımızdan "Qəbələ"nin səfərdə "Yagelloniya" ilə keçirəcəyi cavab oyunu canlı yayımlanacaq. SİA-nın məlumatına görə, matç iyulun 20-si, saat 22.30-da "İdman Azərbaycan" kanalının birbaşa efirində olacaq.

Qeyd edək ki, Bakıda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə