“Çelsi” “Monako”nun futbolçusunu transfer edir

“Çelsi” “Monako”nun futbolçusunu transfer edir

“Çelsi” “Monako”nun yarımmüdafiəçisi Temue Bakayokonu transfer edir. SİA-nın məlumatına görə, klublar arasında hərtərəfli razılıq əldə olunub.

Bu gün Londona yollanan fransalı futbolçu sabah tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. 22 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 5 illik olacaq.

“Çelsi”nin bu transfer üçün qarşı tərəfə 45 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, T.Bakayoko ötən mövsüm “Monako”nun heyətində 32 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə