Güllə atıcılığı üzrə respublika çempionatına yekun vurulub. SİA-nın məlumatına görə, Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda “Neftçi İdman Klubu”nun təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər.
Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında Ruslan Lunyov qalib adını qazanıb. Elvin Astanov isə çempionatın gümüş medalına yiyələnib.
Qadınlar arasında Lalə Mirzəzadə ikinci, Zeynəb Abbasova isə üçüncü yeri tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB