Zəhranın xatirəsinə həsr olunmuş turnir keçirilib

Zəhranın xatirəsinə həsr olunmuş turnir keçirilib

Baş İdarə tərəfindən Su İdman Sarayında uşaqlar arasında su polosu üzrə turnir keçirilib. SİA-nın məlumatına görə, turnir Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən iki yaşlı Quliyeva Zəhranın xatirəsinə həsr olunub.

Turnirin keçirilməsində əsas məqsəd Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmi nəticəsində həyatını itirən iki yaşlı Quliyeva Zəhranın əziz xatirəsini yad etmək, onların ailəsinə mənəvi dəstək olmaq, uşaqlara vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə