“Yuventus” açıqladı: Dani Alveşlə yollar ayrılır

“Yuventus” açıqladı: Dani Alveşlə yollar ayrılır

Dani Alveşin “Yuventus”u tərk edəcəyi artıq rəsmi şəkildə dəqiqləşib. Bu barədə “goal.com”a klubdan açıqlama verilib. “Qoca sinyora”nın idman direktoru Beppe Marotta braziliyalı ilə bağlı bunları deyib: “Dani bizə fərqli klubda oynamaq istədiyini söylədi. Biz də onun istəyi ilə müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv olunmasına qərar verdik. Ona karyerasında uğurlar arzulayırıq”.

Qeyd edək ki, Braziliya millisinin də üzvü olan müdafiəçinin “Mançester Siti”yə keçəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə