Portuqaliya millisi və "Real"ın hücumçusu Kriştianu Ronaldo iyunun 12-də "Porto"dan "Milan"a transfer olunan Andre Silvanın potensialını yüksək qiymətləndirib. SİA-nın məlumatına görə, ulduz futbolçu bunları deyib: "Mən karyeramı başa vuranda Portuqaliya millisi etibarlı əllərdə olacaq. Komandanın artıq böyük hücumçusu var. O, Andre Silvadır".
Silva isə ona qarşı ünvanlanan təriflərə təmkinlə yanaşır. Gənc forvard özü haqqında danışmaq üçün hələ çox çalışmalı olduğunu qeyd edib. O, DÇ-2018-in seçmə mərhələsində çıxdığı 6 oyunda 6 qol, 1 məhsuldar ötürmənin müəllifi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB