Təmsilçimiz "Fight Vision Europe"nin qalibi olub FOTOLAR

Təmsilçimiz "Fight Vision Europe"nin qalibi olub FOTOLAR
Almaniyanın Herni şəhərində kikboksinqin K1 versiyası üzrə "Fight Vision Europe" yarışı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, reytinq xarakterli bu yarışda 13 ölkədən 26 idmançı iştirak edib. Turnirdə Azərbaycanı "Royal Fight" klubunun peşəkar idmançısı Şikar Bədəlov təmsil edib.

75 kq çəki dərəcəsində döyüşən idmançımız alman rəqibini 3-cü raundda texniki nakautla məğlub edərək yarışın qalibi olub.

Qeyd edək ki, Ş.Bədəlov bundan öncə Almaniyada keçirilən reytinq xarakterli "Qəhrəmanların döyüşü" adlı yarışda da qalib gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня