Xəbər verdiyimiz kimi, "Mançester Yunayted" Avropa Liqasının finalında "Ayaks"a 2:0 hesabı ilə qalib gələrək Çempionlar Liqasına vəsiqə qazanıb. SİA-nın məlumatına görə, "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo çempionluq barədə fikirlərini bölüşüb: "Bizim üçün çətin mövsüm keçdi. Buna baxmayaraq, 3 titul əldə etdik. Bu, sevindirici haldır. Final matçında səhvsiz oynadıq və rahat qalib gəldik. "Ayaks"dan ağıllı oynadıq. Premyer Liqada 3-cü və ya 4-cü yerlər uğrunda mübarizə aparmaqdansa, Avropa Liqasını seçdik. Bu, mənim ən çətin mövsümüm idi. Çempionlar Liqasına geri dönürük. İndi futbol bardə deyil, istirahəti düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB