"Qəbələ"nin futbolçusu Nika Kvekveskiri karyerasını Qazaxıstanda davam etdirəcək. SİA-nın məlumatına görə, gürcüstanlı futbolçu Qazaxıstanın "Tobol" klubu ilə razılığa gəlib. "Tobol"a komandanın baş məşqçisi Omari Tetradzenin dəvəti ilə gedən Nika bu gün rəsmi müqavilə imzalayacaq. Kvekveskiri "Qəbələ"dən də yeni müqavilə təklifi alıb. Lakin "qırmızı-qaralar"ın illik 170 min dollarlıq müqavilə təklifi gürcü futbolçunu razı salmayıb. Nika Qazaxıstan klubunda illik 250 min dollar maaşa oynayacaq.
Qeyd edək ki, Kvekeskiri "Qəbələ"yə ötən mövsüm Bakı "İnter"indən keçmişdi. 25 yaşlı futbolçu cari mövsüm ümumilikdə 26 oyun keçirib və 1 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB