"IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub"

"IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub"

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub. Bütün hakimlər ədalətli qərarlar verirdi. Bu sözləri AZƏRTAC-a müsahibəsində İran idmançısı, 84 kiloqram çəki dərəcəsində İslamiadanın karate üzrə qızıl medal mükafatçısı Səyyad Gənczadə deyib.

İdmançı IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq idman yarışında qızıl medal qazanmağı ilə qürur duyduğunu bildirib. O qeyd edib ki, yarışları başa vurduqdan sonra Bakını gəzib və gördüklərinə heyran olub. Qədimliklə müasirliyi birləşdirən Bakı hər kəsin diqqətini özünə çəkir.

Bakının idman arenalarından da danışan S.Gənczadə onların yeni və müasir standartlara uyğun olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə