"Yarımfinalda Türkiyə idmançısı Melek Hu ilə qarşılaşdım. Oyun çətin keçdi. Dördüncü setdə boşluq yarandı. Mən, həm də həyəcanlı idim. Özümü toplaya bilmədim və məğlub oldum". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının stolüstü tennis yarşlarında mübarizə aparan Azərbaycan təmsilçisi Vanq Miao deyib deyib.
O qeyd edib ki, ilk setdə rəqibin taktikasını müəyyənləşdirməyə çalışıb: "Türkiyə təmsilçisinin oyun üslubunu öyrənəndən sonra mübarizə aparmaq daha asan oldu. Amma rəqibim məndən təcrübəli idi. "Bakı-2017"də ən çətin rəqibim elə Türkiyə idmançısı Mələk Hu oldu".
İdmançı öz üzrəində daha çox işləyəcəyini və daha yüksək nəticələr qazanmağa çalışacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB