İslam Oyunlarınının bağlanışı musiqi festivalı kimi olacaq

İslam Oyunlarınının bağlanışı musiqi festivalı kimi olacaq

"IV İslam Həmrəylik Oyunlarına biletlər daha çox İran, Rusiya, Gürcüstan və Yaxın Şərq ölkələri tərəfindən alınıb". SİA-nın xəbərinə görə, bunu bu gün "Baku 2017" IV İslam Həmrəylik Oyunlarının ötən günləri ilə bağlı hesabat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib. Dəqiq rəqəmləri açıqlamayan nazir bildirib ki, ölkəmizdə keçirilən oyunlar başqa ölkələr tərəfindən də maraqla izlənilir.

Oyunların bağlanış mərasimi ilə bağlı sualı cavablandıran A. Rəhimov söyləyib ki, bağlanış mərasimi də açılış kimi maraqlı olacaq: "I Avropa Oyunlarında olduğu kimi budəfəki bağlanışda hər hansı xarici müğənni iştirak etməyəcək. Bağlanış musiqi festivalı kimi baş tutacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə