"Bakı-2017": Tamerlan Abdullayev 1/4 finala vəsiqə qazanıb

"Bakı-2017": Tamerlan Abdullayev 1/4 finala vəsiqə qazanıb

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında növbəti döyüşlər keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan millisinin 1/8 finaldakı sonuncu təmsilçisi Tamerlan Abdullayev bu gün rinqə çıxıb.

69 kq çəki dərəcəsində yarışan boksçumuz türkmənistanlı Muhemmetmirat Sahedovu sınağa çəkib. Abdullayev hər 3 raundda rəqibindən üstün olub və yekunda 5:0 hesabı iləqələbə qazanıb.

O, 1/4 finalda qətərli Tulasimaraam Tarumalinqamla üz-üzə gələcək. Döyüş sabah baş tutacaq.

Qeyd edək ki, Tarumalinqam 1/8 finalda qırğızıstanlı Esen Raxmatovu mübarizədən kənarlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə