Mayın 11-də IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışının ilk gününün sonuncu qarşılaşmasında Azərbaycanın və Pakistanın kişilərdən ibarət yığma komandaları üz-üzə gəliblər. AZƏRTAC xəbər verir ki, qadın voleybolçularımızdan sonra kişilərdən ibarət yığma komandamız da azarkeşləri qələbə ilə sevindiriblər.
Gərgin idman mübarizəsi şəraitində keçən ilk setdə voleybolçularımız 25:22 hesabı ilə qalib gəliblər. İkinci setdə milli komandamız daha böyük fərqlə üstün olub - 25:18. Pakistan yığması üçüncü setdə dönüş yaratmağa çalışsa da, voleybolçularımız rəqibə şans verməyiblər - 25:21.
Beləliklə, Pakistan yığmasına 3:0 hesabı ilə qalib gələn kişi voleybolçularımızın da IV İslam Həmrəyliyi Oyunlarında debütü uğurlu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB