Qadın voleybolçularımız “Bakı-2017”yə böyük hesablı qələbə ilə başlayıblar
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışının ilk gününün üçüncü oyunu Azərbaycanın və Qırğızıstanın qadınlardan ibarət milli komandaları arasında keçirilib. SİA-nın məlumatına görə, matçda olduqca gözəl oyun nümayiş etdirən Azərbaycan voleybolçularının aşkar üstünlüyü özünü hesabda tam əks etdirib. Belə ki, milli komandamız hər üç seti böyük hesablı qələbə ilə başa vurub - 25:7, 25:3 və 25:8.
Voleybol yarışında günün sonuncu qarşılaşması Azərbaycanın kişilərdən ibarət voleybol millisi ilə Pakistan yığması arasında oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB