Türkmənistanlı idmançı: “Türkiyə millisi ilə qarşılaşma çətin oldu” AÇIQLAMA
"Türkiyə millisi ilə qarşılaşma bizim üçün çox çətin oldu. Ona görə ki, həm rəqib güclü idi, həm də bu oyun "Bakı-2017"də belə böyük arenada ilk matçımız idi. Biz çalışdıq ki, daha yaxşı oynayaq. Ancaq çoxlu texniki səhvlərimiz oldu". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan kişi voleybolçulardan ibarət Türkmənistan milli komandasının üzvü Arslanbek İskandarov deyib.
O, növbəti oyunlarda qələbə qazanaraq qrupdan çıxmaq istədiklərini vurğulayıb: "Hər komanda oyuna qələbə üçün çıxır. Biz də buna çalışdıq. Üçüncü setdə hesabda Türkiyəyə çatdıq (23:22). Sonra onların vurduqları topları qəbul edəndə səhvlərə yol verdik. Ona görə uduzduq. Növbəti oyunlarda qalib gəlib, ikinci də olsa, qrupdan çıxmaq istəyirik".
İdmançı Bakıda ilk dəfə olduğunu bildirib: "Şəhəriniz çox gözəldir. Burada çox möhtəşəm memarlıq abidələri və gözəl dizayna malik binalar gördüm. "Bakı-2017"nin təşkilatçılığı isə yüksək səviyyəddir. Həm otellər, həm də Atletlər kəndi gözəldir. Biz çox yaxşı vaxt keçiririk. Azərbaycan mətbəxtinin yeməkləri isə çox dadlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB