“Bakı-2017”: Əlcəzair həndbolçuları Pakistan yığmasını məğlub edir FOTOLAR

“Bakı-2017”: Əlcəzair həndbolçuları Pakistan yığmasını məğlub edir FOTOLAR

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışları davam edir. SİA-nın məlumatına görə, bu günün ilk oyunu "A" qrupda yer alan kişilərdən ibarət Əlcəzair və Pakistan milli komandaları arasında keçirilir. İlk hissənin 20-ci dəqiqəsinə qədər Əlcəzair komandası 12:5 hesabı ilə rəqibindən üstündür.

Qeyd edək ki, həndbol üzrə kişilər arasında yarışda 8 komanda iki qrupda mübarizə aparır. Azərbaycan, Pakistan, Əlcəzair və Səudiyyə Ərəbistanı "A" qrupunda, Türkiyə, İraq, İordaniya və Mərakeş isə "B" qrupunda yarışır.

Qadınlar arasında yarışda isə 4 komanda iştirak edir. Bunlar Azərbaycan, Türkiyə, Özbəkistan və Kamerun yığmalarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə