“The Black Eyed Peas” qrupu və Nikol Şerzinger Bakıda konsert proqramı ilə çıxış edəcəklər
Dünyaca məşhur ulduzlar iyunun 24-də, şənbə günü axşam saatlarında səhnəyə çıxaraq Formula 1 azarkeşləri üçün ən çox sevilən mahnılarını səsləndirəcəklər. SİA-nın verdiyi məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə elan edir ki, musiqi dünyasının ən məşhur ulduzlarından Nikol Şerzinger və "The Black Eyed Peas" qrupu 2017 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günü Bakıda yarışı izləməyə gələnlərə canlı konsert verəcək. İyunun 24-ü axşam saatlarında dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnəyə əvvəlcə Nikol Şerzinger, onun ardınca isə "The Black Eyed Peas" qrupunun üzvləri çıxacaqlar. Ulduzlar yarışı izləməyə gələn Formula 1 azarkeşləri üçün gözəl musiqi nümunələri səsləndirərək Bakıya toplaşmış avtoidman həvəskarlarına əyləncə ilə dolu unuzulmaz gecə yaşadacaqlar.
Sıralanma turundan sonra Bakıda səhnəyə çıxacaq Nikol Şerzinger dünyada ən çox sevilən müğənnilərdəndir. O, "Pussycat Dolls" qrupunun solisti olan zaman bu qrupun "Grammy" musiqi mükafatına namizədliyi irəli sürülmüşdü. Bu dövr ərzində Nikol 16 milyonu solo ifaçısı kimi olmaqla ümumilikdə 37 milyon sinql satışı ilə dünyada rekord göstəriciyə yiyələnmişdi. "Pussycat Dolls" qrupu isə ümumilikdə 57 milyon albom sataraq bu göstərici ilə dünyanın ən qabaqcıl musiqi qruplarından birinə çevrilmişdi.
Müğənni Şerzinger ötən ilin yayında çəkilişi baş tutan "Dirty Dancing" musiqili filminin yeni versiyasında "Penny" rolunda çıxış edib və bu filmin yaxın zamanlarda ABC telekanalında yayımlanacağı gözlənilir. Həmçinin, Şerzinger Neil Patrik Harrislə bir araya gələrək NBC telekanalında tamaşaçılara təqdim olunacaq "Neil Patrik Harrislə ən gözəl anlar" adlı verilişdə də aparıcılıq etmişdir.
Bundan başqa, Şerzinger "X Factor" verilişinin həm ABŞ, həm də Böyük Britaniyada yayımlanan versiyalarının jüri heyətində yer alıb. Son zamanlar Şerzingerin ən böyük
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB