Messi “Barselona”da qol sayını 500-ə çatdırıb

Messi “Barselona”da qol sayını 500-ə çatdırıb

İspaniya La Liqasının 32-ci turunda "Real"la qarşılaşma (2:3) "Barselona"nın futbolçusu Lionel Messi üçün əlamətdar olub. SİA-nın məlumatına görə, görüşdə dubl edən argentinalı hücumçu Kataloniya klubundakı qol sayını 500-ə çatdırıb.

Qeyd edək ki, Messi La Liqada 343, Çempionlar Liqasında 94, İspaniya kubokunda 43, İspaniya super kubokunda 12, klublararası dünya çempionatında 5, UEFA Superkubokunda isə 3 dəfə fərqlənib. O, bu qolları 577 oyuna vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə